Gəncə şəhəri Azərbaycan küçəsində yaşayan Şamama Mirzəyevanın evində yanğın hadisəsi baş vermişdir
19.10.2006Saat 07:20 radələrində, Gəncə şəhəri Azərbaycan küçəsində yaşayan Şamama Mirzəyevaya məxsus 1 mərtəbəli 3 otaqlı evdə yanğın baş vermişdir. Nəticədə bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, Ş.Mirzəyevanın oğlu, 1960-cı il təvəllüdlü Sərdar tüstüdən boğulmuş, gəlini, 1956-cı il təvəllüdlü Məlahət isə yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilmişdir.