"Kaspian servis" şirkətinin avtomobil təmiri sexinin dam örtüyünün uçması nəticəsində 1 nəfər ölmüş, 11 nəfər xəsarət almışlar
17.10.2006Saat 11:30 radələrində, H.Əliyev adına Dərin Özüllər Zavodunun ərazisində yerləşən "Kaspian servis" şirkətinin avtomobil təmiri sexinin yüngül konstruksiya ilə tikilmiş dam örtüyü uçmuşdur. Nəticədə oranın işçilərindən, Bakı şəhər sakini Zeynal Quliyev ölmüş, 11 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə L.Şıxlinskaya adına xəstəxanaya yerləşdirilmişlər.