Bakı-Qazax yolunun Kürdəmir rayonunun Karrar qəsəbəsi ərazisində yol-qəza hadisəsi
30.09.2006Saat 20:30 radələrində, Bakı-Qazax yolunun Kürdəmir rayonunun Karrar qəsəbəsi ərazisində, Bağban kənd sakini Kərəm Həsənov "VAZ-2106" markalı avtomaşını idarə edərkən, qəsəbə sakinləri Fəxrəddin Qasımovu, Rövşən Əliyevi və oğlu Dilqəmi vurmuşdur. Nəticədə Dilqəm hadisə yerində ölmüş, xəsarət almış F.Qasımov və R.Əliyev isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.