Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüş, yabanı halda bitmiş çətənə kolları yığılaraq məhv edilmişdir

30.09.2006

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Qax RPŞ əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində, rayon ərazisində 2,7 hektar sahədə yabanı halda bitmiş, çəkisi 21 ton 141 kiloqram olan 34652 ədəd çətənə kolu yığılaraq məhv edilmişdir. Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, 3-cü Yasamal küçəsində yaşayan, əvvəllər məhkum olunmuş Rafiq Abbasovdan 0,287 qram heroin götürülmüşdür.Sabunçu RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Nardaran qəsəbə sakini Nasir Həsənov 0,184 qram heroini həmyerlisi Zaur Abbasova satarkən tutulmuşlar. N.Həsənovun narkotik vasitəni Maştağa qəsəbə sakini Cahangir Əliyevdən alması müəyyən edilmişdir. C.Əliyev tutulmuşdur.