Bakı-Şamaxı yolunun Pirəküşkül qəsəbəsi ərazisində yol-qəza hadisəsi
29.09.2006Saat 12:00 radələrində, Bakı-Şamaxı yolunun Pirəküşkül qəsəbəsi ərazisində, Qazaxıstan vətəndaşı Saidxan Axmedovun idarə etdiyi "VAZ-2107" markalı və Mərdəkan qəsəbə sakini Yusif İsmayılovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarət almış Y.İsmayılov və sərnişinləri, Pirəküşkül hərbi şəhərciyində yaşayan Məzahir Məmmədov, Qobustan rayon sakinləri Badam Fərhadova, Zərifə Umudova xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri ağırdır.