Yasamal rayonu Şərifzadə küçəsində yol-qəza hadisəsi
23.09.2006Saat 21:45 radələrində, Yasamal rayonu Şərifzadə küçəsində, Bərdə rayon sakini Rafiq Qaraşov "VAZ-2107" markalı avtomaşını idarə edərkən, İsmayıllı rayon sakini, 1974-cü il təvəllüdlü Hidayət Abbasovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş H.Abbasov orada ölmüşdür.