İran İslam Respublikası vətəndaşı Seyfulla Məmmədhüseyn Qubadiyəyə hədə-qorxu gələrək pul tələb etmiş Teyyub İbadov tutulmuşdur
23.09.2006Bakı şəhər Baş Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bülbül prospektində yaşayan İran İslam Respublikası vətəndaşı Seyfulla Məmmədhüseyn Qubadiyəyə qarşı hədə-qorxu gələrək 20 min dollar pul verməsini tələb etmiş, S.Dadaşov küçəsində yaşayan Teyyub İbadov tutulmuşdur.