DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüş, yabanı halda bitmiş çətənə kolları yığılaraq məhv edilmişdir
23.09.2006Çevik Polis Alayı və Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Q.Qarayev küçəsində yaşayan Ceyhun Məmmədovdan 0,218 qram heroin, Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Şərifli küçəsində yaşayan, əvvəllər məhkum olunmuş Şərif Rüstəmovdan 0,244 qram heroin, Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, rayon sakini Mehman Zəkiyevdən 0,947 qram heroin, Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, rayon sakini, Bəşir Süleymanovdan 0,197 qram heroin, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Corat qəsəbə sakini Valeh Rzaquliyevdən 0,236 qram heroin, əvvəllər məhkum olunmuş Natiq Quliyevdən 0,221 qram heroin götürülmüşdür. Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Zaqatala Hava Limanının ərazisində 70 hekatar sahədə yabanı halda bitmiş, çəkisi 615 kiloqram olan 3327 ədəd çətənə kolu yığılaraq məhv edilmişdir.