Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

19.09.2006

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Salyan rayon sakini Mirbaba İsmayılovdan 0,356 qram heroin, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Astara RPŞ əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində, Astara rayon sakini, əvvəllər məhkum olunmuş Əhliman Əliyevdən 0,335 qram heroin, Bakı şəhər BPİ Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Biləcəri qəsəbə sakini Yusif Hüseynovdan 0,228 qram heroin, Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakıxanov qəsəbə sakini Rəşad Mürsəlovdan 0,182 qram heroin, Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Mətbuat prospektində yaşayan Eldar Əmirovdan 0,231 qram heroin, Tağızadə küçəsində yaşayan, əvvəllər məhkum olunmuş Natiq Əhmədovdan 0,244 qram heroin, Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Böyük-Şor küçəsində yaşayan Əvəz Əhmədovdan 0,235 qram heroin, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, şəhər sakini Həsən Şükürovdan 0,318 qram heroin götürülmüşdür.