Əli Bayramlı şəhər sakini Seyidhəsən Ağamidən odlu silah və narkotik vasitə aşkar edilərək götürülmüşdür
19.09.2006Yevlax RPŞ və Əli Bayramlı ŞPŞ əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində, Əli Bayramlı şəhər sakini, əvvəllər məhkum olunmuş Seyidhəsən Ağami tutulmuşdur. Ondan 1,5 qram heroin, 1 ədəd "Makarov" tipli tapança, 9 ədəd patron və 1 ədəd patron darağı götürülmüşdür.