Gün ərzində 19 cinayət faktı qeydə alınmışdır
11.09.2006Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 19 cinayət faktı qeydə alınmışdır ki, onların da 14-ü "isti izlər"lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 4 nəfər ölmüş, 15 nəfər isə yaralanmışdır. Gün ərzində 1 yanğın hadisəsi qeydə alınmışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 23 nəfər tutulmuşdur.