Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüş, yabanı halda bitmiş çətənə kolları yığılaraq məhv edilmişdir

11.09.2006

Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlham Həşimovdan 0,682 qram heroin götürülmüşdür. İ.Həşimova narkotik vasitəni satmış, Əmircan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əziz Bağırov tutulmuşdur. Yasamal RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Rövşən Xankişiyevdən 0,286 qram heroin götürülmüşdür. Hacıqabul rayon sakinləri, əvvəllər məhkum olunmuş Elşən Yusifov və Oqtay Əliyev tutulmuşlar. O.Əliyevdən 0,862 qram heroin götürülmüşdür. Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, rayon sakini Elsevər Baxışovdan 1,791 qram heroin, Göyçay RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə rayon sakini, əvvəllər məhkum olunmuş Elşən Həsənovdan 1,16 qram tiryək götürülmüşdür. Bərdə RPŞ əməkdaşları tərəfindən Həsənqaya kəndi ərazisində 3,5 hektar sahədə yabanı halda bitmiş, çəkisi 1435 kiloqram olan 4621 ədəd çətənə kolu yığılaraq məhv edilmişdir.