Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Fəzail Balayevi və Validə Ziyadovanı qətlə yetirmiş D.Nəbiyev və İ.Yaqubov tutulmuşdur

28.08.2006

Qeyd olunmuşdu ki, avqustun 21-də Ağstafa rayon sakini Fəzail Balayev itkin düşüb və Ağstafa RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 26-da rayonun Polyu kəndi ərazisində Fəzail Balayevin və Ağstafa rayon sakini Validə Ziyadovanın bıçaqla qətlə yetirilmiş və qismən yandırılmış meyitləri tapılıb. Nəhayət, avqustun 28-də Ağstafa rayon sakinləri Fəzail Balayevi və Validə Ziyadovanı qətlə yetirmiş D.Nəbiyev və İ.Yaqubov Baş Cinayət Axtarış İdarəsi, Ağstafa rayon Prokurorluğu və Ağstafa RPŞ-nin əməkdaşlarınin birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulmuşlar.