Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 40 cinayət faktı qeydə alınmışdır

26.08.2006

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 40 cinayət faktı qeydə alınmışdır ki, onların da 5-i "isti izlər"lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 3 nəfər ölmüş, 17 nəfər isə yaralanmışdır. Gün ərzində 2 yanğın hadisəsi qeydə alınmışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 55 nəfər tutulmuşdur.