DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
20.08.2006Sabunçu RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Məcid Məcidovdan 2,792 qram heroin götürülmüşdür. Onun mənzilinə baxış zamanı əlavə olaraq 2 kq 0,74 qram heroin, Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yuriy Yelşeviçdən 0,269 qram heroin aşkar edilərək götürülmüşdür.