Gədəbəy rayonunun Arıqıran kənd sakini Seymur Həsənov ailə üzvlərini qətlə yetirdikdən sonra özünə qəsd etmişdir
08.08.2006Gədəbəy rayonunun Arıqıran kəndində, kənd sakini Seymur Həsənov, qayınanası Narıngül Həsənovanın evinə gəlib, ailə münaqişəsi zəminində bıçaqla onu, arvadı Naziləni, qızları Tünzaləni və Türkanəni qətlə yetirmiş, baldızı Sevinc Məhərrəmovanı isə yaralamışdır. Sonradan S.Həsənov evinə gedib özünü bıçaqla öldürmüşdür.