Mərdəkan qəsəbə sakini Rafiq Məmmədova məxsus 2 otaqlı evdə yanğın hadisəsi baş vermişdir
07.08.2006Saat 07:55 radələrində, Mərdəkan qəsəbə sakini Rafiq Məmmədova məxsus 2 otaqlı evdə təbii qazın sızmasından yanğına keçən partlayış baş vermişdir. Nəticədə mətbəxin yanar konstruksiyaları yanmış, R.Məmmədov və arvadı Könül yanıq xəsarətləri almışlar. Onlar xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir.