Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüş, yabanı halda bitmiş çətənə kolları yığılaraq məhv edilmişdir

01.08.2006

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Zabrat qəsəbə sakini Ağarəhim Sadıqovdan 0,256 qram, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, şəhər sakini Emil Əhmədovdan 0,223 qram, Kəpəz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Eldar Tağızadənin evinə baxış zamanı 4,2 qram heroin, Xızı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Şurabad kənd sakni, əvvəllər məhkum olunmuş Gülmurad Babayevin evinə baxış zamanı 31,46 qram marixuana aşkar edilərək götürülmüşdür. Baş Narkotiklərlə Mübarizə İdarəsi və Qəbələ RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Nic qəsəbəsi ərazisində 1,5 hektar sahədə yabanı halda bitmiş, çəkisi 5,4 ton olan 1824 ədəd çətənə kolu yığılaraq məhv edilmişdir.