Gün ərzində 23 cinayət faktı qeydə alınmışdır
31.07.2006Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 23 cinayət faktı qeydə alınmışdır ki, onların da 13-ü "isti izlər"lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 3 nəfər yaralanmışdır. Gün ərzində 12 yanğın hadisəsi qeydə alınmışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 25 nəfər tutulmuşdur.