Maştağa qəsəbəsində yol-qəza hadisəsi
31.07.2006Saat 23:50 radələrində, Maştağa qəsəbəsində, müəyyən edilməmiş avtomaşınla, qəsəbə sakini Mahir Səfərov vurulmuşdur. Nəticədə xəsarət almış M.Səfərov xəstəxanaya yerləşdirilmişdir. Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, M.Səfərovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçanın "VAZ-2107" markalı avtomaşının sürücüsü, Maştağa qəsəbə sakini Hüseynbala Rəhimov olması müəyyən olunmuşdur.