Bakı-Astara yolunun Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisində yol-qəza hadisəsi
30.07.2006Saat 11:50 radələrində, Bakı-Astara yolunun Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisində, qəsəbə sakinləri Rasim Rzazadənin idarə etdiyi "Mitsubishi-Pacero" markalı və Tahir Qasımovun idarə etdiyi "QAZ-24" markalı avtosmaşınlar toqquşmuşlar. Nəticədə sərnişinlər, Qobustan qəsəbə sakinləri Gözəl Əmirəliyeva və Durxanım Hüseynova hadisə yerində ölmüş, xəsarət almış hər iki sürücü və digər sərnişinlər, Qobustan qəsəbə sakinləri Asudə Qəniyeva, Gülək Hüseynova və Əftunə Qasımova isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.