Xaçmaz rayonu Xudat şəhərində, "Bəyoğlu" firmasına məxsus pendir sexində güclü partlayış baş vermişdir
18.07.2006Saat 21:30 radələrində, Xaçmaz rayonu Xudat şəhərində, "Bəyoğlu" firmasına məxsus pendir sexinin qazanxanasında güclü partlayış baş vermişdir. Nəticədə sexin divarı uçmuş, hadisə yerinin yaxınlığında olan Palçıqoba kənd sakini Fərrux Ağayev və Xudat şəhər sakini Elşad Abbasov aldıqları xəsarətlərdən ölmüşlər.