Bakı-Qazax yolunun Hacıqabul rayonu Qarasu kəndi ərazisində yol-qəza hadisəsi
09.07.2006Saat 07:45 radələrində, Bakı-Qazax yolunun Hacıqabul rayonu Qarasu kəndi ərazisində, Bakı şəhər sakini Anar Qurbanov "VAZ-21099" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sərnişinləri, Bakı şəhər sakini Xalidə Hüseynova hadisə yerində ölmüş, xəsarət almış Tərtər rayon sakini Murad Hüseynov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.