DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
06.07.2006Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Zərdab RPŞ əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində, Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş Elmir Məmmədov 3 kiloqram 85 qram marixuananı 5 min dollara satarkən tutulmuşdur. E.Məmmədovun Gəncə şəhərində kirayədə yaşadığı evə baxış zamanı, satış məqsədilə saxladığı 20 qram marixuana aşkar edilərək götürülmüşdür.