Neftçala rayonu Babacanlı kəndi ərazisində yol-qəza hadisəsi
02.07.2006Saat 09:00 radələrində, Neftçala rayonu Babacanlı kəndi ərazisində, Salyan rayon sakini Elşən Şıxəliyevin idarə etdiyi "PAZ" markalı və Cəlilabad rayon sakini Malik Süleymanovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə M.Süleymanov və sərnişinlərindən, Cəlilabad rayon sakinləri Rəşad Məmmədov və Asif Məmmədov hadisə yerində ölmüş, xəsarət almış digər sərnişinlər Ağalar Əliyev və Məlik Nuriyev isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.