Bakı-Qazax yolunun Qobustan rayonu Mərəzə qəsəbəsi ərazisində yol-qəza hadisəsi
25.06.2006Saat 05:00 radələrində, Bakı-Qazax yolunun Qobustan rayonu Mərəzə qəsəbəsi ərazisində, Şamaxı rayon sakini Seymur Xasıyev "VAZ-2106" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə S.Xasıyev hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri, Şamaxı rayon sakinləri Orxan Xasıyev və Ziyad İmaməliyev isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir.