Gəncə şəhəri N.Nərimanov prospektində yol-qəza hadisəsi
18.06.2006Saat 13:00 radələrində, Gəncə şəhəri N.Nərimanov prospektində, şəhər sakinləri Akif Mustafayevin idarə etdiyi "VAZ-21011" markalı və Vüqar Bağırovun idarə etdiyi "Zil-130" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarət almış hər iki sürücü, A.Mustafayevin sərnişi, oğlu Amin, V.Bağırovun sərnişinləri, həmyerlisi Rüfət İsmayılov və Xanlar rayon sakini Rauf Sadıqov xəstəxanaya yerləşdirilmişlər. R.Sadıqov orada ölmüş, digərlərinin vəziyyətləri isə orta ağırdır.