DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüş, yabanı halda bitmiş çətənə kolları yığılaraq məhv edilmişdir
18.06.2006Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bülbülə qəsəbə sakini Mirzəməmməd Babayevdən 0,213 qram heroin, Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Müşfiq Nəsibovdan 0,304 qram, Balakən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Gürcüstan vətəndaşı Zurab İsmayılovdan 5,8 qram heroin götürülmüşdür. Samux RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Yenikənd kəndi ərazisində 4 hektar sahədə yabanı halda bitmiş, çəkisi 5 ton 400 kiloqram olan 2700 ədəd çətənə kolu yığılaraq məhv edilmişdir. Şəki ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Göybulaq kəndi ərazisində, kənd sakini Adışirin Musayeva məxsus 3 hektar taxıl sahəsində yabanı halda bitmiş, çəkisi 12 ton 300 kiloqram olan 123.000 ədəd çətənə kolu yığılaraq məhv edilmişdir.