DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüş, yabanı halda bitmiş çətənə kolları yığılaraq məhv edilmişdir

16.06.2006

Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsndə, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Yusifovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşına baxış zamanı 0,233 qram heroin aşkar edilərək götürülmüşdür. Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsndə, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fikrət Həsənovdan 0,233 qram heroin götürülmüşdür. Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsndə, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Elxan Tahirovdan 0,259 qram və Elçin Süleymanovdan isə 0,191 qram heroin götürülmüşdür. Narkotik maddəni onlara satmış Sabunçu qəsəbə sakini Hidayət Nağıyev və Çingiz Cəfərov tutulmuşlar. Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsndə, Qumbaşı kənd sakini Aybəniz Əsgərovanın həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 6 kiloqram 30 qram olan 71 ədəd çətənə kolu və çəkisi 170 qram olan 12 ədəd xaş-xaş kolu aşkar edilərək götürülmüşdür.