Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Dərnəgül qəsəbəsi ərazisində yol-qəza hadisəsi

08.06.2006

Saat 20:00 radələrində, Dərnəgül qəsəbəsi ərazisində, Bakı şəhər sakinləri Şahin Quliyevin idarə etdiyi "Mercedes" markalı, Tahir Quliyevin idarə etdiyi "VAZ-2107" markalı, Elen Həsənovun idarə etdiyi "VAZ-2106" və "Jeep-Prado" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarət almış Ş.Quliyev, T.Quliyev, E.Həsənov və Milli Məclisin deputatı Aynur Quliyeva xəstəxanaya yerləşdirilmişlər. Ş.Quliyevə ilkin tibbi yardım göstərildikdən sonra buraxılmış, T.Quliyev, E.Həsənov və A.Quliyevanın vəziyyətləri isə orta-ağırdır.