İsmayıllı rayon sakini Ramil Şirəliyevi odlu silahla qətlə yetirmiş Baba Cəbiyev və onun qardaşlarının evindən silah-sürsat aşkar edilərək götürülmüşdür
08.06.2006İsmayıllı rayonunun Talıstan kəndində, kənd sakini Baba Cəbiyev sərxoş halda, avtomat silahdan atəş açaraq, həmkəndlisi Ramil Şirəliyevi qətlə yetirmişdir. İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində B.Cəbiyev tutulmuş, ondan 1 ədəd "AKS" silahı və 15 ədəd patron götürülmüşdür. B.Cəbiyevin evinə baxış zamanı 1 ədəd "Karabin", 1 ədəd süngü bıçağı olan "beşaçılan", 1 ədəd nişangahla birgə "üçaçılan", 1 ədəd ov tüfəngi və 1 ədəd xəncər, 3 ədəd patron darağı, 252 ədəd müxtəlif çaplı patron və 98 ədəd giliz aşkar edilərək götürülmüşdür. B.Cəbiyevin qardaşları Ələsgər və Ələkbərin evlərinə baxış zamanı isə 1 ədəd ov tüfəngi, 1 ədəd "üçatılan" tüfəng və 1 ədəd "TOZ-8" markalı pnevmatik tüfəng aşkar edilərək götürülmüşdür.