Sabunçu qəsəbəsində yol-qəza hadisəsi
26.05.2006Saat 18.50 radələrində, Sabunçu qəsəbə sakini Oqtay Ələkbərov "VAZ-21011" markalı avtomaşını idarə edərkən Bakı şəhər sakinləri Ramiz Hüseynovu və Yaşar Orucəliyevi vurmuşdur. Nəticədə, xəsarət almış R.Hüseynov və Y.Orucəliyev xəstəxanaya yerləşdirilmişlər. R.Hüseynov orada ölmüş, Y.Orucəliyevin vəziyyəti isə orta-ağırdır.