Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

M.Rəsulzadə qəsəbə sakini Aydın Abdullayevin mənzilindən oğurluq etmiş Gürcüstan vətəndaşı Rafik Ocaqquliyev tutulmuşdur

22.05.2006

Saat 11:30 radələrində, naməlum şəxs M.Rəsulzadə qəsəbə sakini Aydın Abdullayevin mənzilindən pəncərədən keçmək yolu ilə qızıl əşyalarını oğurlayıb qaçarkən, ev sahibi ilə rastlaşmışdır. Bu zaman o, E.Abdullayevə bıçaqla hədə-qorxu gəlmişdir. Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisəni törətmiş Gürcüstan vətəndaşı, əvvəllər məhkum olunmuş Rafik Ocaqquliyev tutulmuşdur. Ondan 1 ədəd bıçaq, qızıl əşyaları və 0,158 qram heroin götürülmüşdür. Faktla əlaqədar cinaət işi başlanmışdır.