Mərdəkan-Bakı yolunda qəza hadisəsi baş vermişdir
22.05.2006Saat 10:00 radələrində, Mərdəkan-Bakı yolunda, Qala qəsəbə sakini Səyahət Əliyevin idarə etdiyi "VAZ-21011" markalı və Yeni Günəşli qəsəbə sakini Anar Musayevin idarə etdiyi "Mercedes-200" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarət almış S.Əliyev və sərnişini, Qala qəsəbə sakini Zaur Salayev xəstəxanaya yerləşdirilmişlər. S.Əliyev orada ölmüş, Z.Salayevin vəziyyəti isə qənaətbəxşdir.