DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
19.05.2006Sabunçu RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində, Bakıxanov qəsəbə sakini Əfqan Qəmbərovdan 0,248 qram heroin, Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində, Bakı şəhər sakini Ələkbər Məmmədovdan 22,87 qram tiryək, Yasamal RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Kişiyevdən 0,247 qram, Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Elşad Vəliyevdən 0,213 qram, Akif Dünyamalıyevdən isə 0,193 qram heroin, Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində, rayon sakini Rasim Ağabəyovdan 0,238 qram, Amsar kənd sakini Mehman Hüseynovdan 0,315 qram heroin, Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə rayon sakini Etibar Hüseynovdan 0,546 qram heroin götürülmüşdür.