Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

18.05.2006

Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, M.Ə.Rəsulzadə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tahir Məmmədovdan 0,210 qram, Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Azad Qasımovdan 0,196 qram, Gəncə ŞPİ-nin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Müşfiq Allahverdiyevdən 0,243 qram, Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, 1-ci Nügədi kənd sakini, əvvəllər məhkum olunmuş Rasim Ağabəyovdan 0,238 qram heroin götürülmüşdür. *** Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bülbülə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Etibar Səfərovdan 0,217 qram heroin, ona məxsus «VAZ-2107» markalı avtomaşına baxış zamanı isə əlavə 47,49 qram tiryək və 6,44 qram marixuana götürülmüşdür.