Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bərdə-Ağcabədi yolunun Bərdə rayonu Qaradəmirçi kəndinin ərazisində yol-qəza hadisəsi

10.05.2006

Saat 00:15 radələrində Bərdə-Ağcabədi yolunun Bərdə rayonu Qaradəmirçi kəndinin ərazisində, Mehdili kənd sakini Cavanşir Məmmədovun idarə etdiyi "Kamaz" markalı və Kəlbəcər rayon sakini Əbülfət Əhmədovun idarə etdiyi "M-2141" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarət almış Ə.Əhmədov və sərnişinləri, Kəlbəcər rayon sakinləri Məzahir Mustafayev, Sevda Əhmədova, Əfruz Mustafayeva və Səlfinaz Mustafayeva xəstəxanaya yerləşdirilmişlər. Ə.Əhmədov orada ölmüş, digərlərinin vəziyyətləri isə qənaətbəxşdir.