Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

10.05.2006

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Seyran Ağayev 1,006 qram heroini 500.000 manata satarkən tutulmuşdur. Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Sulu Təpə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Elxan Məmmədovdan 6,21 qram tiryək, Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Xaçmaz rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Vahid Yusubovdan 0,16 qram, qardaşı Səfərdən isə 0,156 qram heroin, Əli Bayramlı ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Salyan rayon sakini Səbuhi Orucovdan 0,609 qram heroin, Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Böyük Oriyad kənd sakini, əvvəllər məhkum olunmuş Alim Zahidovdan 1,6 qram tiryək və 1 qram marixuana götürülmüşdür. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Yevlax şəhər sakini Samit Əhmədov 1,014 qram heroini 300 min manata satarkən tutulmuşdur. Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Maştağa qəsəbə sakini Böyükağa Əliyevdən 5,23 qram marixuana götürülmüşdür. Həyətində isə kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 5 kiloqram 880 qram xaş-xaş kolu yığılaraq götürülmüşdür.