Gün ərzində 15 cinayət faktı qeydə alınmışdır
30.04.2006Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 15 cinayət faktı qeydə alınmışdır ki, onların da 13-ü "isti izlər"lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 6 nəfər ölmüş, 32 nəfər isə yaralanmışdır. Gün ərzində 3 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 1 nəfər yaralanmışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 17 nəfər tutulmuşdur.