Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

30.04.2006

Baş Dövlət Yol Polisi İdarəsi və Qaradağ RPİ əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində, rayon sakini Samir Babayevdən 0,211 qram heroin, Sabunçu RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Maştağa qəsəbə sakini İsrafil Eyvazovdan 0,364 qram heroin, Nardaran qəsəbə sakinləri Vasim Əliyevdən 0,317 qram və Sabir Babayevdən 0,346 qram heroin, Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, 1-ci Zabrat qəsəbə sakini Əlisəfa Cəfərovdan 0,226 qram heroin, Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə əvvəllər məhkum olunmuş Əzizağa Ağayevdən 0,263 qram heroin götürülmüşdür.