DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
20.04.2006Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Ordubad rayon sakini Nəsir Nəsirov 245,420 qram tiryəki 1000 dollara satarkən tutulmuşdur. Baş Cinayət Axtarış İdarəsi və Səbail RPİ əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində, Bakıxanov qəsəbə sakini, əvvəllər məhkum olunmuş Camal Bədirovdan 0,219 qram heroin, Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, əvvəllər məhkum olunmuş Ramiz Qədiməliyevdən 1,116 qram heroin, Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş Qaraş Əsgərovdan 463,7 qram marixuana götürülmüşdür.