Gün ərzində 28 cinayət faktı qeydə alınmışdır
19.04.2006Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 28 cinayət faktı qeydə alınmışdır ki, onların da 22-i "isti izlər"lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 2 nəfər ölmüş, 16 nəfər isə yaralanmışdır. Gün ərzində 6 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 1 nəfər yaralanmışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 41 nəfər tutulmuşdur.