Gəncə şəhər Nizami rayonu Qızılqaya qəsəbəsi ərazisində yol-qəza hadisəsi
10.04.2006Saat 22:00 radələrində, Gəncə şəhər Nizami rayonu Qızılqaya qəsəbəsi ərazisində, Kəlbəcər rayon sakini Rizvan Babayev "VAZ-2101" markalı avtomaşını idarə edərkən onu maneəyə vurmuşdur. Nəticədə xəsarət almış R.Babayev və sərnişinləri, Gədəbəy rayon sakinləri Arzuman Novruzov və Azər Cəfərov xəstəxanaya yerləşdirilmişlər. R.Babayev orada ölmüş, digərlərinin vəziyyəti qənaətbəxşdir.