Gün ərzində 12 cinayət faktı qeydə alınmışdır
09.04.2006Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 12 cinayət faktı qeydə alınmışdır ki, onların da 6-ı "isti izlər"lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 3 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 2 nəfər ölmüş, 4 nəfər isə yaralanmışdır. Gün ərzində 4 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 1 nəfər yaralanmışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 10 nəfər tutulmuşdur.