Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 30 cinayət faktı qeydə alınmışdır

07.04.2006

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 30 cinayət faktı qeydə alınmışdır ki, onların da 21-i "isti izlər"lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 4 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 1 nəfər yaralanmışdır. Gün ərzində 2 yanğın hadisəsi qeydə alınmışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 26 nəfər tutulmuşdur.