Gün ərzində 21 cinayət faktı qeydə alınmışdır
13.03.2006Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 21 cinayət faktı qeydə alınmışdır ki, onların da hamısı "isti izlər"lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 15 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 3 nəfər ölmüşdür. Gün ərzində 5 yanğın hadisəsi qeydə alınmışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 18 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 33 nəfər tutulmuşdur.