DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
12.03.2006Baş Narkotiklərlə Mübarizə İdarəsi və Nəsimi RPİ əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində, Bakı şəhərində yaşayan, Əlibayramlı şəhər sakini Məzahim Həşimov 9,74 qram marixuananı 160 min manata satarkən tutulmuşdur. M.Həşimovdan əlavə 1,889 qram heroin və 1 ədəd şpris götürülmüşdür. M.Həşimova narkotik maddəni vermiş, Salyan rayon sakini Mahizər Sadiqova və Sabirabad rayon sakini Fuad Quluyev tutulmuşdur. Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində, Bakıxanov qəsəbə sakini, əvvəllər məhkum olunmuş Sahib Haqverdiyevdən 0,213 qram heroin, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Namik Zeynalovdan 0,211 qram heroin, 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində, Şəki şəhər sakini, əvvəllər məhkum olunmuş Tərlan Hüseynovdan 1 kiloqram 6 qram marixuana, Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nadir Səmədovdan 0,207 qram heroin, Əzizbəyov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində, Bakı şəhər sakini İntiqam Əliyevdən 0,164 qram heroin, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə Cəlilabad rayon sakini Feyruz Hətəmovdan 0,233 qram heroin götürülmüşdür.