Gün ərzində 26 cinayət faktı qeydə alınmışdır
11.03.2006Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 26 cinayət faktı qeydə alınmışdır ki, onların da 24-ü "isti izlər"lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 1 nəfər ölmüş, 13 nəfər isə yaralanmışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 9 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 30 nəfər tutulmuşdur.