Balakən rayonunun Bekağar kənd sakini Həbib Xocakov evində baş vermiş yanğın zamanı aldığı yanıq xəsarətindən ölmüşdür
06.03.2006Saat 01.30 radələrində, Balakən rayonunun Bekağar kəndində, kənd sakini Həbib Xocakova məxsus 4 otaqlı evdə yanğın baş vermişdir. Nəticədə, bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, H.Xocakov aldığı yanıq xəsarətindən ölmüşdür.