DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
02.03.2006Bakı şəhər BPİ Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi və Nəsimi RPİ əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Elman Vəliyevdən 0,198 qram heroin, Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Ceyhun Qasımovdan 0,211 qram heroin, Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakıxanov qəsəbə sakini Tərlan Quliyevdən 0,218 qram heroin, Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində, Cəlilabad rayon sakini Seymur Niftəliyevdən 102, 334 qram heroin, Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ağayar Xıdırovdan 0,206 qram heroin, Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində, Yeni Günəşli qəsəbə sakini Vüqar Əhmədovdan 0,26 qram heroin və 0,63 qram tiryək, Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində, Sumqayıt şəhər sakini Tahir Babayevdən 50,260 qram heroin götürülmüşdür.